Gündəm

Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi doğum günündə ehtiramla yad edilib

31 Mart 2026, 12:0345
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin əfsanəvi komandiri, polkovnik-leytenant Murad Mirzəyevin doğum günüdür. Qəhrəman zabitin mövludu münasibətilə onun İkinci Fəxri Xiyabandakı məzarı önündə anım mərasimi keçirilib.

​Zefer.media xəbər verir ki, ziyarətdə şəhidin ailə üzvləri ilə yanaşı, İcra Hakimiyyətinin nümayəndələri, döyüş yoldaşları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Milli Qəhrəmanın məzarı üzərinə tər çiçəklər düzərək, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd etmək lazımdır ki, Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində dünyaya göz açmışdı. O, 2016-cı ilin Aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri kimi düşmənə sarsıdıcı zərbələr vurmuş, Talış kəndi ətrafındakı strateji yüksəkliklərin azad olunmasında böyük şücaət göstərmişdir.

​Taleyin bir hikmətidir ki, qəhrəman komandir 40 illik yubileyini qeyd etdikdən cəmi 3 gün sonra – 2016-cı il aprelin 3-də qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Allah rəhmət eləsin !

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600