Dünya

Millət vəkili nüvə doktrinasının dəyişdirilməsi çağırışı etdi

22 İyul 2026, 15:1210
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran parlamentinin üzvü İbrahim Rzayi ABŞ-nin İranın nüvə obyektlərinə mümkün hücumunun ölkənin nüvə doktrinasının dəyişdirilməsi üçün ciddi əsas yarada biləcəyini bildirib.

Zefer.media xəbər verir ki, Rzayi bu barədə “X” hesabında paylaşım edərək fikirlərinə “#NüvəDoktrinasınıDəyişdirin və #NüvəÇəkindiriciliyi” həştəqlərini əlavə etməyi unutmayıb.

Millət vəkilinin açıqlaması İranın nüvə siyasəti ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.

İran rəsmiləri uzun illərdir ölkənin nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını və Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını deyirlər. Bununla belə, son dövrlərdə bəzi sərt xətt tərəfdarı siyasətçilər nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı çağırışlar səsləndirirlər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600