“BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə könüllülərinin təşkilatçılığı ilə “MediaPulse” təcrübə proqramının növbəti görüşü baş tutub.Görüşün qonağı Radio və Televiziya aparıcısı Rauf Şirinov olub.
Zefer.media xəbər verir ki, tədbiri açıq elan edən Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu qonağın peşəkar fəaliyyəti barədə məlumat verərək, belə görüşlərin tələbələrin praktik biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Rəsmi hissədən sonra tədbir Rauf Şirinov ilə tələbələr arasında səmimi və interaktiv müzakirə şəraitində davam edib. Görüş zamanı aparıcı televiziya və radio sahəsindəki təcrübəsini bölüşüb, canlı yayımlar, media mühiti və peşənin incəlikləri barədə danışaraq tələbələrin suallarını cavablandırıb.
Rauf Şirinov gənclərə daim öz üzərlərində çalışmağın, təcrübə qazanmağın və seçdikləri sahəyə maraq göstərməyin vacibliyini vurğulayaraq onlara uğurlar arzulayıb.


















