İlon Mask Starlink-in fəaliyyətinə qoyulan məhdudiyyətlərin onun qərarı olmadığını bildirib və bu məsələdə ABŞ prezidentinin roluna işarə edib.
Zefer.media xarici KİV-lərə istinadən xəbər verir ki, Mask Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorovun paylaşımına cavab olaraq yazıb: “Starshield sistemləri ABŞ hökumətinə məxsusdur və onun nəzarəti altındadır. Sürət və ya istifadə ilə bağlı istənilən məhdudiyyət ABŞ hərbçiləri və son nəticədə ABŞ prezidenti tərəfindən müəyyən edilir”.
Mask əlavə edib ki, Starlink kommersiya xidmətidir və ondan hücum xarakterli hərbi əməliyyatlarda istifadə edilməməlidir.
Maraqlıdır ki, bundan cəmi bir neçə saat əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da oxşar fikir səsləndirib.
“Starlink kimi möhtəşəm texnologiyaların ümumiyyətlə hərbi məqsədlər üçün istifadə edilməməsi daha yaxşı olardı”, – deyə Peskov bildirib.
Aytən Yalçınqızı




