Bu gün İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin də daxil olduğu Məkkə Müdafiə Paktına münasibət bildirib.
Zefer.media xəbər verir ki, Səlimi “Didban-e Iran”a müsahibəsində deyib:
“Əgər İran bu pakta üzv ölkələr tərəfindən hücuma məruz qalarsa, İslam Respublikası “heç düşünmədən” cavab verəcək”.
O, husilərə qarşı yaradılan koalisiyaların uğursuz olduğunu bildirərək, müqavimətin Məkkə Paktı kimi tədbirlərlə aradan qaldırıla bilməyəcəyini deyib.
Səlimi ABŞ ilə müdafiə paktları olan bəzi Körfəz ölkələrinə qarşı İranın daha əvvəl zərbələr endirdiyini xatırladıb.
Məkkə Müdafiə Paktına toxunan deputat bu təşəbbüsün regional təhlükəsizlik platforması yaratdığını bildirib və Pakistan rəsmilərinin bu pakta qoşulmanın səbəbləri ilə bağlı izahat verməli olduğunu deyib.
Zərintac Mayisqızı

















