Belarus zəngin və özünəməxsus tarixə malik ölkədir. Onun taleyindəki mühüm dönüş nöqtələri çox vaxt Avropa qitəsinin mərkəzində yerləşməsi ilə bağlı olub.
Zefer.media Belarus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko səsləndirib.
O qeyd edib ki, ölkənin coğrafi mövqeyi bir tərəfdən mühüm üstünlükdür. Lakin eyni zamanda, əsrlər boyu Qərb və Şərq arasında gedən rəqabətin mərkəzində yerləşən Belarus torpaqları dəfələrlə ağır və amansız müharibələrin meydanına çevrilib:
“Bu hadisələrin xatirəsi nəsildən-nəslə ötürülür və bizə sülhü qorumağın, harmoniya şəraitində yaşamağın vacibliyini xatırladır.
Niyə bunu deyirəm? Çünki bu gün bir daha görürük ki, dünya nə qədər kövrək və həssasdır. “Güc hüququ” beynəlxalq hüququ getdikcə daha çox əvəz edir. Etimad ciddi şəkildə azalıb, münaqişə potensialı isə artıb”, – deyə Lukaşenko vurğulayıb.
Aytən Yalçınqızı

















