Dünya

Livan prezidenti İsrailin hücumunda jurnalistlərin öldürülməsini qınadı

28 Mart 2026, 18:016
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Livan Prezidenti Cozef Aun İsrailin hücumu nəticəsində ölkənin cənubunda jurnalistlərin öldürülməsini pisləyib.

Zefer.media xəbər verir ki, bu barədə prezident aparatı martın 28-də məlumat yayıb.

Prezident ofisi Aunun X sosial media platformasında (əvvəllər Twitter) dediyi sözləri sitat gətirib: “İsrail təcavüzü, nəticədə peşəkar vəzifələrini yerinə yetirən mülki şəxslər olan jurnalistlərə hücum etməklə beynəlxalq hüququn ən əsas prinsiplərini, beynəlxalq humanitar hüququ və müharibə qanunlarını bir daha pozur”.

Prezident qurbanların ailələrinə, eləcə də jurnalist və media ictimaiyyətinə başsağlığı verib. O bildirib ki, Livan hökuməti bu hücumu qətiyyətlə pisləyir və bütün beynəlxalq təşkilatları eskalasiyanın qarşısını almaq üçün tədbirlər görməyə çağırır.

Xatırladaq ki, Əl-Mayadin müxbiri Fatimə Ftuni və Əl-Manarda işləyən həmkarı Əli Şuaib 28 martda Livanın cənubunda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürülüblər.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600