Yaxın Şərq böhranının nəticələri KTMT regionuna da təsir edəcək.
Zefer.media xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri KTMT Parlament Assambleyası Şurasının iclasında Sergey Lavrov söyləyib.
“Bu, bizim regionumuzdan yan keçməyəcək, çünki sonrakı hadisələr – mən yenicə Antalyada keçirilən beynəlxalq diplomatik konfransdan qayıtdım və Prezident Ərdoğanın, digər iştirakçıların çıxışından, sözügedən tədbirdə iştirakım zamanı qaldırılan suallardan – təkcə Fars körfəzi ətrafındakı böhranın Ərəbistan yarımadası ölkələri üçün deyil, həm də Xəzər, Cənubi Qafqaz və Orta Asiya üçün nəticələri ilə bağlı çox ciddi narahatlıq var idi”, – deyə Lavrov bildirib.
O vurğulayıb ki, Avrasiyada təhlükəsizlik təhdidləri əhəmiyyətli dərəcədə artır və bu, KTMT-dən əlavə səylər tələb edir.
Lavrov həmçinin ifadə edib ki, Fələstin dövlətinin yaradılması şansları azalır.
“Tam durğunluq hökm sürür və bu da həm Qəzzada, həm də Qərb sahilində Fələstin xalqının faciəsini daha da ağırlaşdırır. Xəritəyə baxanda Fələstin dövlətinin yaradılması şansları azalır”, – o əlavə edib.
Zərintac Mayisqızı

















