Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün 17-18 aprel tarixlərində Türkiyəyə səfər edəcək.
Zefer.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
O qeyd edib ki, Sergey Lavrov beşinci Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
Zaxarova söyləyib: “Rusiya xarici işlər naziri Sergey Lavrov 17-18 aprel tarixlərində Türkiyə xarici işlər nazirinin dəvəti ilə beşinci Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edəcək”.
Qeyd edək ki, 5-ci Antalya Diplomatik Forumu 17-19 aprel tarixlərində keçiriləcək.
Zərintac Mayisqızı
















