• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.6° Weather Ashburn
$
1.7
€
1.9747
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Küçə təbliğatı Paşinyanın əleyhinə çevrilir: Baş nazirə qarşı etirazların arxasında kimlər dayanır?

20 May, 26 / 8:48
A A

Ermənistanın Baş naziri Nikol Paşinyan ikinci dəfə dava ilə nəticələnən hadisə ilə üzləşib.

Ermənistan televiziya kanalları tərəfindən yayılan videogörüntülərdə separatçı Artur Osipyanın Paşinyana yaxınlaşaraq onu milyardlarla dolları nəzarətsiz xərcləməkdə ittiham edib.

Paşinyan cavab olaraq hər şeyin nəzarət altında olduğunu bildirib. Nəticədə, bir sıra sərt çıxışlardan sonra baş nazir Osipyana “buradan rədd ol” deyə qışqırıb.

“Rədd ol, sən kimsən, oğru vəhşi”, – Paşinyan hiddətini gizlətməyib. Ermənistan Baş nazirinin bu sözlərindən sonra onun tərəfdarları Osipyanı kənara itələməyə çalışıblar.

Ermənistan Daxili İşlər Nazirliyindən qeyd edilib ki, nəticədə sonuncu xuliqanlıq şübhəsi ilə saxlanılaraq Arabkir polis bölməsinə aparılıb.

Ermənistan mətbuatında gedən xəbərlərin və videogörüntülərin təhlili göstərir ki, bu hadisə son günlər baş nazirin üzləşdiyi ilk insident deyil.

Paşinyanın seçicilərlə birbaşa ünsiyyət formatında apardığı təbliğat kampaniyası getdikcə daha çox kəskin dialoqlar və qarşıdurmalarla müşayiət olunur. Xüsusilə vətəndaşların birbaşa narazılıqlarını ifadə etməsi və rəsmi şəxslərin buna emosional reaksiyaları ölkədəki seçki mühitinin gərginliyindən xəbər verir.

​Mövcud mənzərəni və seçkiönəsi vəziyyəti şərh edən sabiq deputat, politoloq Elşad Mirbəşiroğlu Zefer.media–ya açıqlamasında deyib ki, Ermənistanda keçiriləcək seçkilərin kifayət qədər gərgin mühitdə keçəcəyi proqnozlaşdırılırdı və səsvermə günü yaxınlaşdıqca bu gərginlik artıq real müstəvidə özünü aşkar şəkildə büruzə verməkdədir:

“Baş nazir Nikol Paşinyan seçki kampaniyasını aktiv şəkildə küçələrdə aparır və bu zaman təbliğatın diqqətçəkən atributlarından, taktiki elementlərindən istifadə edir. Onun seçicilərə Ermənistanın xəritəsini paylaması cəmiyyətdə birmənalı qarşılanmır və bir çox hallarda insidentlərlə müşahidə olunur. Prosesləri yaxından izləyərkən aydın olur ki, Paşinyan artıq ard-arda, sayca üçüncü xoşagəlməz hadisə ilə üzləşib. Həmin hadisələrdən ikisi baş nazirlə seçicilər arasında kəskin dialoq və konflikt şəraitində keçib. Digər bir insidentdə isə Paşinyanın daxil olduğu emalatxanada rastlaşdığı vətəndaşın ona açıq şəkildə “sən gəldin, hər şey pis oldu” deməsi hökumət başçısına qarşı real narazılığın göstəricisidir. Belə kütləvi və sərt etirazların arxasında həm müxalifətin planlı şəkildə təşkilatlandırdığı qruplar, həm də insanların şəxsi, təbii narazılıqları dayanır. Bu mənzərə ölkədə Paşinyanı dəstəkləyənlərlə yanaşı, ona qarşı olan qüvvələrin də kifayət qədər aktivləşdiyini nümayiş etdirir.

​Paşinyanın əsas rəqibləri olan Robert Köçəryan, Qaqik Çarukyan və Karen Karapetyan kimi liderlər öz ittihamlarını əsasən iki xətt üzərində qururlar. Onlar birinci növbədə Paşinyanın 2018-ci ildə hakimiyyətə gələrkən verdiyi vədləri yerinə yetirmədiyini bildirirlər. Digər tərəfdən isə kütləni ələ almaq üçün separatçı təfəkkürdən qurtula bilməyən revanşist qüvvələr hələ də “Qarabağ kartı”ndan manipulyasiya və istismar vasitəsi kimi istifadə etməyə çalışırlar. Xatırlatmaq yerinə düşər ki, 2018-ci ildə Paşinyan da öz daxili mövqelərini möhkəmləndirmək üçün bir müddət bu kartdan istifadə etmişdi, lakin sonradan real vəziyyəti, haqqın yolunu anlamaq məcburiyyətində qaldı və bu arqumentin ona dəstək olmayacağını başa düşdü.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə regionda formalaşan yeni reallığı Paşinyan da qəbul etdi. İndi isə daxili müxalifət və əhalinin müəyyən hissəsi məhz bu məsələ üzərindən Paşinyana hücum edir, seçki kampaniyasının əsas mübahisə predmetini bu mövzu təşkil edir”.

​Politoloq əlavə edib ki, hesab etmək olar ki, seçki günü yaxınlaşdıqca gərginlik daha da artacaq, hətta tərəflər arasında kəskin qarşıdurma vəziyyəti də yarana bilər:

“Müxalif liderlər bu seçkini özlərinin siyasi talelərinin həlli kimi gördükləri üçün əllərindəki bütün resurslardan istifadə edərək Paşinyanı məğlub etməyə çalışırlar və bu vasitələr arsenala ən müxtəlif radikal addımlar daxil ola bilər. Hazırda Ermənistanda seçki hazırlıqlarının kifayət qədər aktiv və qaynar mərhələsi yaşanır. Rəy sorğularının nəticələrinə əsasən, Paşinyanın reytinqinin çox da yüksək olduğunu demək olmaz, belə ki, onun dəstək faizi təxminən 30% civarında dəyişir. Lakin digər tərəfdən, rəqiblərinin də reytinqi çox üstün deyil və ən azından hələ ki Paşinyanı qabaqlamağa imkan vermir. Bu mənzərəyə görə, cəmiyyətdə Paşinyandan narazı olanlar çox olsa da, hazırkı namizədlər arasında onu dəstəkləyənlər hələ ki nisbi çoxluq təşkil edir. Bununla belə, Paşinyanın səsgücləndiricilərlə apardığı vizual küçə təbliğatı onun əleyhinə işləyərək ona qarşı hücumları daha da artıra bilər. Küçələrdə baş verən xoşagəlməz presedentlər digər narazı seçiciləri də ritorik hücumlar etməyə cəsarətləndirir. Bu baxımdan, baş nazirin daha təşkilatlanmış və fərqli bir kampaniya strategiyası seçməməsi onun özü üçün ciddi uğur gətirmir. Əgər hazırda müşahidə olunan gərgin tendensiya bu templə davam edərsə, iyun ayının 7-nə kimi ölkədə vəziyyətin kəskin şəkildə dəyişəcəyini ehtimal etmək mümkündür”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Cəmiyyət

Ali məktəblərə 2-ci cəhd imtahanına qeydiyyat niyə tez aparılır? - ARAŞDIRMA

İyun 6, 2026
Cəmiyyət

Yağıntılı hava ayın neçəsinə kimi davam edəcək?

İyun 5, 2026
Dünya

Ərdoğan: Qlobal sistem bir çox fürsəti boşa verdi

İyun 5, 2026
Manşet

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

İyun 5, 2026
Dünya

Qaluzin Avropanı Ukrayna ilə bağlı dialoq üçün konkret ideyalar irəli sürməyə çağırıb

İyun 5, 2026
Cəmiyyət

İlham Əliyev bu şəxsləri təltif edib

İyun 5, 2026

XƏBƏR LENTİ

Gəmiyə hücum zamanı yaralanan vətəndaşlarımız AzTV-yə nələri danışdılar? – EKSKLÜZİV AÇIQLAMALAR

06 İyun, 26 / 15:30

Azərbaycanda ilk su ölçmə sistemi Ağstafada quruldu

06 İyun, 26 / 14:32

Ali məktəblərə 2-ci cəhd imtahanına qeydiyyat niyə tez aparılır? - ARAŞDIRMA

06 İyun, 26 / 13:47

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

05 İyun, 26 / 23:19

Həlak olan azərbaycanlılardan ikisinin kimliyi bilinib

05 İyun, 26 / 17:14

Yağıntılı hava ayın neçəsinə kimi davam edəcək?

05 İyun, 26 / 17:12

İsrailin Livanın cənubuna hücumları ilə bu qədər şəxs həlak olub

05 İyun, 26 / 17:09

Ərdoğan: Qlobal sistem bir çox fürsəti boşa verdi

05 İyun, 26 / 17:01

Fərid Əhmədov Zəngilanda vətəndaşları qəbul edib

05 İyun, 26 / 16:27

Polşa Baş nazirinin müavini UPA vasitəsilə ukraynalılara məktub yazdı

05 İyun, 26 / 16:20

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.