Dünya

Kreml Putinin ABŞ-da keçiriləcək G20 sammitində iştirakı ilə bağlı sualı cavablandırıb

23 Aprel 2026, 15:183
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiyanın ABŞ-da keçiriləcək G20 sammitindəki nümayəndəsi ilə bağlı qərar hələ verilməyib.

Zefer.media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib.

“Hələlik belə qərarlar qəbul edilməyib, lakin Rusiya hər sammitdə müvafiq səviyyədə iştirak edib. İştirakımızın formatı ilə bağlı qərar sammitə yaxın veriləcək”, – Kremlin sözçüsü bildirib.

Peskov Moskvanın G20 çərçivəsində işləməyə davam etdiyini vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Rusiyanın ABŞ-da keçiriləcək G20 sammitində ən yüksək səviyyədə iştirak etməyə dəvət olunduğunu qeyd etmişdi.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600