Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində iki sərnişin avtobusuna zərbə endirilməsi nəticəsində 30 nəfər ölüb, 18 nəfər yaralanıb. Ukrayna rəsmiləri zərbənin Rusiya tərəfindən həyata keçirildiyini bildiriblər.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar Kramatorsk və Slovyansk şəhərlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması barədə göstəriş verib.
Donetsk vilayətinin prokurorluğu ilkin olaraq zərbənin idarə olunan aviasiya bombası ilə həyata keçirildiyini bildirib. Hadisə ilə bağlı araşdırma başlanıb.
Pərvin Hacıyeva





