Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 992 milyon 874 min manat sığorta haqqı toplanılıb.
Zefer.media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz çoxdur.
Doqquz ayda könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 756 milyon 936 min manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9 faiz çoxdur.

















