Dünya

Kolumbiyada səmanı “qanlı buludlar” bürüyüb

17 Avqust 2026, 12:355
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Kolumbiyanın qərb hissəsində səmanın qeyri-adi qırmızı rəngə boyanması yerli sakinlərin diqqətini çəkib.

Zefer.media xarici KİV-ə istinadən xəbər verir ki, bəzi sakinlər hadisəni bir neçə gün əvvəl bölgədə baş verən 7,4 maqnitudalı güclü zəlzələ ilə əlaqələndiriblər.

Lakin mütəxəssislər səmanın qırmızı rəng alması ilə zəlzələ arasında hər hansı əlaqənin təsdiqlənmədiyini bildirirlər. Hadisənin ən ehtimal olunan izahı günəşin batması zamanı işığın atmosferdə adi səpilməsidir.

Qeyd olunur ki, gün batımı zamanı günəş şüalarının atmosferdə yayılması nəticəsində buludlar qırmızı və narıncı çalarlara boyana bilər.

Görüntülər apokaliptik mənzərə yaratsa da, mütəxəssislərə görə, bu dəfə “qiyamət” üçün səbəb yoxdur.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600