Mayın 15-i Ukraynanın paytaxtı Kiyevdə matəm elan edilib
Zefer.media xəbər verir, Rusiya Ordusu Kiyevə genişmiqyaslı zərbələr endirib.
Hücum nəticəsində 7 nəfər həlak olub, 44 nəfər isə yaralanıb.
Daha 20 nəfərin isə itkin düşdüyü bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisə ilə əlaqədar bu gün ölkənin paytaxtında matəm elan olunub.
Zərintac Mayisqızı

















