Xarici xəbərlər

“Kiyev ölkəni geosiyasi mübarizənin alətinə çevirib”

27 İyul 2026, 13:3211
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumuna münasibət bildirib.

Zefer.media xəbər verir ki, Bəqayi deyib:

“Ukrayna prezidenti Volodimir Zelenskinin davranışı Birinci Dünya Müharibəsi ərəfəsində bütün Avropanı fəlakətə sürükləyən və təhlükəli addımlar atan anarxistlərin davranışını xatırladır”.

O bildirib ki, Ukrayna hakimiyyəti dörd il əvvəl başlayan müharibə dövründə ölkəsini böyük güclər arasında geosiyasi qarşıdurmanın alətinə çevirib və bu müddətdə müxtəlif ölkələri ittiham etməklə məşğul olub.

İran XİN sözçüsünün sözlərinə görə, Kiyev rəhbərliyi problemi həll etməyə, ölkəsini və Şərqi Avropanı müharibənin nəticələrindən xilas etməyə çalışmaq əvəzinə, davamlı olaraq məsuliyyəti başqalarının üzərinə qoyur.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600