Xarici xəbərlər

Kimya üzrə Nobel mükafatı autokataliz üzrə araşdırmaya verildi

7 Oktyabr 2026, 17:173
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Kimya üzrə Nobel mükafatına molekulların iki fərqli formada mövcud olduğu reaksiyalarda bir formanın üstünlük qazanmasını izah edən araşdırmaya görə alimlər layiq görülüb.

Zefer.media xarici mənbələrə istinadən xəbər verir ki, mükafat fransız kimyaçı Anri Kaqan və yapon alim Kenso Soaiyə təqdim edilib.

Tədqiqatçılar kimyəvi reaksiyalarda bir-birinə çox bənzəyən, lakin quruluş baxımından sağ və sol əlcək kimi fərqlənən molekulları araşdırıblar. Onlar bəzi reaksiyalarda bu formalardan birinin niyə üstünlük qazandığını müəyyənləşdiriblər.

Əsas mexanizm autokatalizdir. Bu zaman reaksiyanın məhsulu həmin məhsulun yaranmasını sürətləndirir. Formalardan birinin cüzi üstünlüyü yarandıqda isə proses onun daha çox əmələ gəlməsinə səbəb olur.

Bu kəşf xüsusilə dərman preparatları və molekulun məhz müəyyən formasının əldə edilməsinin vacib olduğu digər maddələrin hazırlanması baxımından əhəmiyyət daşıyır.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600