Xarici xəbərlər

“Kimsə hücum etsə, Türkiyə çəkinməyəcək”

17 Avqust 2026, 12:502
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyə kimsə ona hücum etmək qərarına gələrsə, müharibədən çəkinməyəcək.

Zefer.media xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə müharibə ehtimalına münasibət bildirərkən bunu deyib.

“Biz müharibədən yox, sülhdən danışırıq. Amma kimsə sülh üçün deyil, müharibə naminə Türkiyəyə hücum edəcəksə, Türkiyə bu müharibəyə girməkdən çəkinməyəcək. Mən bunu tam aydınlıq və səmimiliklə deyirəm”, – deyə o, “Əl-Cəzirə”yə verdiyi müsahibədə vurğulayıb.

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında bağlanmış “Məkkə müqaviləsi”ndən danışan Ərdoğan sənədin NATO Nizamnaməsinin 5-ci maddəsinin prinsiplərinə uyğun olaraq fəaliyyət göstərəcəyini qeyd edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600