Şimali Koreya lideri Kim Çen In yeni Müdafiə İnqilabı Muzeyini ziyarət edib və ölkənin silah arsenalının təkmilləşdirilməsinin davam etdiriləcəyini bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Kim Çen In Şimali Koreyanın güclü silahlarının hazırlanması və təkmilləşdirilməsinin fasiləsiz davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, muzeyin miqyası genişləndiriləcək, ekspozisiyası isə daim zənginləşdiriləcək.
Bununla yanaşı, Şimali Koreyada taktiki ballistik raketin sınaq buraxılışı həyata keçirilib.
Aytən Yalçınqızı





