Dünya

Kamikadze sürü dronlardan istifadə edəcək – Pentaqondan bir ilk

19 Fevral 2026, 09:4511
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İlon Maskın “SpaceX” şirkəti bu yaxınlarda satın aldığı süni intellekt şirkəti olan “xAI” ilə birlikdə ABŞ Müdafiə Nazirliyinin xüsusi layihəsinə qoşulub.

Zefer.media xəbər verir ki, birləşən bu iki şirkət yanvar ayında məhdud sayda iştirakçı ilə başlayan texnologiya müsabiqəsində yarışır.

Pentaqon tərəfindən təşkil edilən bu yüksək büdcəli müsabiqə, insan səsini rəqəmsal təlimatlara çevirə bilən və eyni zamanda birdən çox pilotsuz uçuş aparatını idarə edə bilən avtonom sistemlər inkişaf etdirməyi hədəfləyir.

“SpaceX” və “xAI” birləşməsindən yaranan texnoloji güc, bu qabaqcıl sürü texnologiyasını orduya gətirmək üçün çətin rəqiblərlə rəqabət aparır.

Bu iki şirkət müsabiqədə qalib gəlsə ABŞ ordusu üçün kamikadze sürü dron istehsal edəcək (lent.az)

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600