Kambocanın Baş naziri Hun Manet bildirib ki, Azərbaycan və Kamboca müdafiə, təhlükəsizlik və təhsil sahələrində əlaqələr saxlayır.
Zefer.media bildirir ki, hökumət başçısının sözlərinə görə, tərəflər beynəlxalq platformalar da daxil olmaqla, çoxtərəfli səviyyədə əməkdaşlığı gücləndirmək barədə də razılığa gəliblər.
O qeyd edib ki, Kamboca Azərbaycanın Asiya Parlament Assambleyasına müşahidəçi qismində qoşulmaq təşəbbüsünü dəstəkləyir.
Lalə Qurbanlı

















