Cəbaliyada yaşayan 300 fələstinli ailəyə ərzaq yardımı çatdırılıb. Yardım paketlərinə gündəlik tələbat məhsulları ilə yanaşı, badımcan da daxil edilib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, ərzaq bağlamalarında kartof, soğan, sarımsaq, bolqar bibəri, kök və badımcan yer alıb. Yardımın Ramzan Kadırov tərəfindən göndərildiyi bildirilir.
Qəmər Kazımzadə




