• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.9° Weather Ashburn
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İyul ayında hava necə olacaq?

29 İyun, 26 / 16:40
A A

İyul ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Zefer.media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Ayın ilk günündə ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Sonrakı iki-üç gün ərzində isə hava şəraitinin mülayim, əksər rayonlarda gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 21-26°C, gündüzlər 29-34°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 36-40°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 2-3 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 26-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25°C, gündüzlər 30-35°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 37-40°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-16 mm) gözlənilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 18-23°C isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-17°C, gündüzlər 20-25°C, bəzi günlərdə 30-35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-72 mm).

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 19-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-17°C, gündüzlər 20-25°C, bəzi günlərdə 30-35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-36 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 24-26°C təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 18-23°C, gündüzlər 30-35°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 37-39°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 10-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın orta aylıq temperaturunun 21-24°C olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 26-31°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 34-38°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 9-118 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25°C, gündüzlər 30-35°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 38-42°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 3-22 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 25-27°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23°C, gündüzlər 26-31°C, bəzi günlərdə 33-37°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 7-33 mm).

Bənzər Xəbərlər

Cəmiyyət

Faktiki hava açıqlanıb

İyul 12, 2026
Hərbi

Mayor Zaur Hüseynova yeni rütbə verilib

İyul 11, 2026
Cəmiyyət

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı keçirilib

İyul 11, 2026
Siyasət

ABŞ-İran qarşıdurması dərinləşir: Qlobal təhlükə siqnalı verilib

İyul 10, 2026
Manşet

Prezident İlham Əliyev fərman imzaladı

İyul 10, 2026
Cəmiyyət

“İki sahil” – 35 yaşında

İyul 10, 2026

XƏBƏR LENTİ

Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı var

12 İyul, 26 / 11:27

Faktiki hava açıqlanıb

12 İyul, 26 / 11:25

Mayor Zaur Hüseynova yeni rütbə verilib

11 İyul, 26 / 20:16

QHT.az 11 yaşında

11 İyul, 26 / 20:12

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı keçirilib

11 İyul, 26 / 19:17

“İndiki halda Avropa ölkələri müəyyən mənada Azərbaycandan asılıdır”- VİDEO

11 İyul, 26 / 13:40

ABŞ-İran qarşıdurması dərinləşir: Qlobal təhlükə siqnalı verilib

10 İyul, 26 / 22:22

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi – Təhlil

10 İyul, 26 / 15:12

Azərbaycan və Rusiya Samur çayı üzrə əməkdaşlığı müzakirə edib

10 İyul, 26 / 14:14

“ASAN xidmət”ə 100 milyonuncu müraciət qeydə alınıb

10 İyul, 26 / 13:53

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.