Gündəm

İsrail və ABŞ hədəflərinə kütləvi zərbələr davam edir – SEPAH

25 Mart 2026, 10:310
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran, eskalasiyanın başlanmasından bəri 80-ci raket zərbələri dalğasının İsrail ərazisinə və regiondakı ABŞ hərbi bazalarına qarşı həyata keçirildiyini bildirib.

Zefer.media Tasnim agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Korpusda qeyd olunub ki, əsas hədəflər arasında İsrailin şimalında yerləşən qüvvələrin toplaşdığı məntəqələr var və onların iddiasına görə, bu ərazilər heç bir məhdudiyyət olmadan kütləvi raket hücumlarına və pilotsuz uçuş aparatlarının zərbələrinə məruz qalacaq.

Əsas hədəflər sırasında Tel-Əviv, Kiryat-Şmona, eləcə də Fars körfəzi ölkələrində yerləşən ABŞ-a məxsus dörd hərbi baza göstərilib.

SEPAH-ın iddiasına görə, zərbələr maye və bərk yanacaqlı raketlərdən, yüksək dəqiqlikli bombalardan və döyüş pilotsuz uçuş aparatlarından istifadə olunmaqla endirilib.

IMG_6827

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600