Dünya

İsrail Müdafiə Qüvvələri Livandakı Hizbullah hədəflərinə yeni zərbələr endirib

27 Aprel 2026, 16:331
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İsrail Müdafiə Qüvvələri (İMQ) Bekaa Vadisində (Beyrutdan 30 kilometr cənubda yerləşən ərazi) və Livanın cənubunda Hizbullah hədəflərinə zərbələr endirməyə başlayıb.

Zefer.media xəbər verir ki, İMQ-nin sözçü ofisi bu barədə 27 apreldə özünün “X” sosial media səhifəsində deyib.

Məlumatda qeyd olunub: “İsrail Müdafiə Qüvvələri Bekaa vadisində və Livanın cənubundakı bir neçə ərazidə Hizbullah terror təşkilatının infrastrukturuna zərbələr endirməyə başlayıb”.

Bir neçə saat əvvəl ordunun mətbuat xidməti də Bint Cübeyl bölgəsinə hava hücumları edildiyini bildirib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600