Xarici xəbərlər

İsrail kəşfiyyatından Netanyahuya xəbərdarlıq: İrana hücum çoxcəbhəli müharibəyə çevrilə bilər

23 Noyabr 2026, 09:511
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İsrail hərbi kəşfiyyatı Baş nazir Benyamin Netanyahunu İrana birtərəfli hərbi hücumun genişmiqyaslı eskalasiyaya və çoxcəbhəli müharibəyə səbəb ola biləcəyi barədə xəbərdar edib.

Zəfər.media xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Məlumata görə, xəbərdarlıq ötən həftə Netanyahunun və yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin iştirakı ilə keçirilən qapalı iclasda səsləndirilib.

Hərbi kəşfiyyatın qiymətləndirməsinə əsasən, İsrailin İrana qarşı mümkün zərbəsinə cavab yalnız Livan və “Hizbullah”la məhdudlaşmaya bilər. Qarşıdurmanın Suriya və Qəzza zolağını da əhatə etməsi ehtimalı var.

Nəşrin məlumatına görə, bu qiymətləndirmə Netanyahu və Mossadın rəhbəri David Barneanın mümkün hərbi əməliyyatla bağlı gözləntiləri ilə ziddiyyət təşkil edir. Belə ki, onların üç-beş gün davam edə biləcək məhdudmiqyaslı hərbi əməliyyat variantını nəzərdən keçirdikləri bildirilir.

Beləliklə, İsrail hərbi kəşfiyyatının xəbərdarlığı İrana qarşı mümkün hərbi əməliyyatın yalnız iki ölkə arasında qarşıdurma ilə məhdudlaşmayacağı, regionda bir neçə istiqamətdə hərbi gərginliyin artmasına səbəb ola biləcəyi ehtimalını gündəmə gətirir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600