Dünya

Fransada prezidentlik yarışına yeni ad qoşulur

20 Noyabr 2026, 19:141
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Fransanın keçmiş baş naziri Dominik de Vilpen 2027-ci il keçiriləcək prezident seçkisində iştirak etmək niyyətindədir.

Zefer.media Le Monde qəzetinə istinadən xəbər verir ki, siyasətçinin seçkiqabağı qərargahından verilən məlumata görə, Dominik de Vilpen namizədliyinin rəsmi qaydada irəli sürülməsi üçün tələb olunan 500 seçilmiş vəzifəli şəxsdən təxminən 300-nün imzasını toplayıb.

Öz siyasi karyerası boyunca de Vilpen Fransa və Avropanın supergüclərinin maraqlarına tabe olmaqdan çəkinərək, beynəlxalq məsələlərdə müstəqillik mövqeyindən çıxış edib.

Fransada növbəti prezident seçkisi 18 aprel 2027-ci ildə keçiriləcək. Lazım gələrsə, mayın 2-də ikinci tur baş tutacaq. İndiki dövlət başçısı Emmanuel Makron prezidentlik yarışında iştirak edə bilməyəcək, çünki ölkə konstitusiyası bu postu ardıcıl olaraq iki beşillik müddətdən artıq tutmağı qadağan edir.

 

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600