Dünya

Gürcüstan Rusiya ilə dialoqu davam etdirəcəyini açıqlayıb

20 Noyabr 2026, 18:251
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Gürcüstanın Baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili və Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin konkret nəticələr əldə etmək məqsədilə dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Zefer.media Vzqlyad qəzetinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Minskdə keçirilən ilk görüşdə tərəflər ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar əlaqələrlə bağlı aktual məsələləri müzakirə ediblər. Həmçinin regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Gürcüstan hökuməti bəzi razılaşmaların əldə olunduğunu da açıqlayıb, lakin onların nədən ibarət olduğunu dəqiqləşdirməyib.

 

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600