Dünya

AB Ukraynaya daha 8 milyard avro ayırıb

20 Noyabr 2026, 18:091
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna AB-nin “Ukraine Facility” proqramı çərçivəsində təxminən 8 milyard avro vəsait əldə edib.

Zefer.media xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski deyib.

“Bu, proqramın bütün tarixi ərzində birdəfəlik ödənilən ən böyük tranşdır. Vəsait artıq Ukraynanın dövlət büdcəsinə köçürülüb. Bu maliyyə dəstəyi genişmiqyaslı müharibə şəraitində ölkənin maliyyə dayanıqlığının qorunması və dövlətin prioritet ehtiyaclarının təmin edilməsi baxımından həyati əhəmiyyət daşıyır”, – o bildirib.

Qeyd edək ki, bu vəsaitin daxil olması ilə Ukraynanın “Ukraine Facility” proqramı çərçivəsində bu il aldığı maliyyə vəsaitinin ümumi həcmi 13,57 milyard avroya çatıb.

 

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600