22 israilli ailə fələstinlilərə məxsus geniş torpaq sahəsini ələ keçirərək səhər saatlarında İordan çayının qərb sahilinin şimalında, Cenin bölgəsində strateji əhəmiyyət daşıyan “Emek-Dotan” adlı yeni yaşayış məntəqəsinə köçüb.
Zefer.media xarici mediaya istinadən xəbər verir ki, bu addım seçkilərədək yay aylarında İordan çayının qərb sahilinin şimalında 18 yeni yaşayış məntəqəsinin yaradılması və məskunlaşdırılmasını nəzərdə tutan geniş planın bir hissəsidir.
Ümumilikdə təxminən 300 israilli ailə artıq İordan çayının qərb sahilinin şimalındakı yeni yaşayış məntəqələrinə köçmək üçün qeydiyyatdan keçib.
Zərintac Mayisqızı




