İsrail uzun illər İranın keçmiş prezidenti Mahmud Əhmədinejadı potensial kəşfiyyat aktivi və İranda mümkün hakimiyyət dəyişikliyindən sonrakı dövr üçün siyasi fiqur kimi hazırlamağa çalışıb.
Zefer.media xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri məlumat yayıb.
Plan çərçivəsində İsrail kəşfiyyatı Əhmədinejadla müxtəlif ölkələrdə, o cümlədən Macarıstanda gizli görüşlər keçirib. Bildirilir ki, bəzi akademik tədbirlər bu təmaslar üçün örtük rolunu oynayıb.
Məqalədə qeyd olunur ki, planın kulminasiya nöqtəsi 2026-cı ildə İsrail–İran müharibəsi zamanı baş verib. Mossad əməkdaşları İsrailin Tehrana endirdiyi hava zərbələrindən sonra Əhmədinejadı paytaxtdan çıxararaq İran daxilindəki təhlükəsiz evlərdən birinə aparıblar.
NYT yazır ki, Əhmədinejad sonradan naməlum şəraitdə həmin təhlükəsiz evi tərk edib və nəticədə əməliyyat uğursuzluqla başa çatıb.
Zərintac Mayisqızı




