Xarici xəbərlər

İspaniyalı tanınmış yazıçı 91 yaşında dünyasını dəyişib

14 İyul 2026, 16:323
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İspaniyanın məşhur yazıçısı Luis Qoytisolo 91 yaşında vəfat edib.

Zefer.media xəbər verir ki, bu barədə Kral Akademiyası məlumat yayıb.

Qurumun yaydığı məlumata görə, ədib Kataloniyanın Vimbodi bələdiyyəsində vəfat edib.

1935-ci ildə Barselona şəhərində dünyaya gələn Qoytisolo, 1958-ci ildə yazdığı “Kənar” romanı ilə “Biblioteca Breve” ədəbi mükafatına layiq görülüb. Onun yaradıcılığında “Elə həmin sözlər” əsəri və “Antaqoniya” tetralogiyası xüsusi yer tutur. Ədəbi fəaliyyəti ilə yanaşı, o, “El País” daxil olmaqla, bir çox İspaniya mətbuat orqanları ilə yaxından əməkdaşlıq edib. Qoytisolo 2013-cü ildə ispan ədəbiyyatı üzrə Milli Mükafatla təltif edilib.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600