İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Zefer.media “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib.
“Lynk & Co” və “Hunday” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “Hunday”da olan iki nəfər ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

















