“Iran International” telekanalının keçirdiyi sorğuda iştirak edənlərin 83%-i imkan yaranacağı təqdirdə İrandan köçmək etmək istədiyini bildirib.
Zefer.media xəbər verir ki, təxminən 100 min nəfərin iştirak etdiyi sorğuda respondentlərə “İmkanınız olsaydı, İranı tərk edərdinizmi?” sualı ünvanlanıb. İştirakçıların 83%-i “bəli”, 17%-i isə “xeyr” cavabını seçib.
Sorğunun nəticələri İran cəmiyyətində iqtisadi çətinliklər, sosial məhdudiyyətlər və gələcəklə bağlı qeyri-müəyyənliyin miqrasiya istəyini gücləndirdiyini göstərir.
İştirakçıların şərhlərində yaşayış səviyyəsinin aşağı olması, iqtisadi problemlər, şəxsi və sosial azadlıqlara məhdudiyyətlər, havanın çirklənməsi, təhsil və səhiyyə sahəsindəki problemlər əsas səbəblər kimi qeyd olunub.
Respondentlərdən birinin “Əvvəllər getmək üçün pulumuz yox idi, indi isə İranda yaşamaq üçün pulumuz yoxdur” ifadəsi də sorğunun şərh bölməsində diqqət çəkib.
Zərintac Mayisqızı

















