Bu gün səhər saatlarında Xuzistan əyalətinin Əndimeşk şəhərində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ olub.
Zefer.media xəbər verir ki, yeraltı təkanların episentri 8 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin Xuzistan, İlam və Lorestan əyalətlərinin sərhədyanı ərazilərində hiss edildiyi bildirilir. Hələlik hadisə nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.
Zərintac Mayisqızı

















