Tehranın mərkəzində yerləşən Vənək meydanında əhaliyə silahlarla bağlı təlimlər keçirilir.
Zefer.media xəbər verir ki, bu barədə İran mediası bildirib.
Qeyd edilir ki, təlimlər yalnız nəzəri xarakter daşımır, həm də praktiki şəkildə icra olunur və iştirakçılara müxtəlif silahlardan istifadə qaydaları öyrədilir.
Eyni zamanda İran dövlət televiziyasında yayımlanan bəzi proqramlarda da əhaliyə silahlarla bağlı məlumatların verildiyi deyilir
Sözügedən addım Yaxın Şərqdə təhlükəsizliklə bağlı gərginliyin artdığı bir vaxtda diqqət çəkib.
Zərintac Mayisqızı

















