İranda müharibədən sonra güclənən millətçilik dalğası hakimiyyətin ABŞ ilə danışıqlar aparmaq imkanlarını məhdudlaşdırır.
Zefer.media xəbər verir ki, buna dair “The Wall Street Journal” qəzeti yazıb.
Nəşrin məlumatına görə, ölkə daxilində formalaşan sərt ictimai-siyasi atmosfer sanksiyaların yumşaldılması və gərginliyin azaldılmasına yönəlmiş mümkün kompromislərin əldə olunmasını çətinləşdirir. İran hakimiyyəti münaqişə dövründə və mərhum ali rəhbər Əli Xameneyinin dəfn mərasimindən sonra vətənpərvərlik ritorikasını gücləndirib.
Bildirilib ki, hazırda sərt xətt tərəfdarları yaranmış atmosferdən istifadə edərək ABŞ ilə danışıqlara qarşı təzyiqləri artırır və diplomatik manevr imkanlarını daraldırlar.
WSJ vurğulayıb ki, amerikalı vasitəçilər xüsusilə Hörmüz boğazı ilə bağlı məsələlər də daxil olmaqla, Vaşinqton və Tehran arasında mümkün razılaşmaların əldə edilməsinə daxildəki sərt mövqeli qüvvələrin mane olduğunu düşünür.
Zərintac Mayisqızı

















