Xarici xəbərlər

İrana qarşı blokada sərtləşir: ABŞ onlarla gəmini başqa istiqamətə yönəltdi

29 İyul 2026, 16:096
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İran limanlarına qarşı dəniz blokadasının bərpasından sonra 18 ticarət gəmisinin marşrutu dəyişdirilib.

Zefer.media CENTCOM-un “X” hesabında yaydığı məlumata istinadən xəbər verir ki, iyulun 28-nə olan vəziyyətə əsasən, 18 ticarət gəmisi alternativ marşruta yönləndirilib, iki gəmi fəaliyyətsiz vəziyyətə salınıb, daha iki gəmiyə isə tam blokadanın təmin edilməsi məqsədilə desant çıxarılıb.

CENTCOM nümayəndələrinin sözlərinə görə, hazırda Yaxın Şərq regionunda 20-dən çox ABŞ hərbi gəmisi fəaliyyət göstərir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600