Dünya

İran Yaxın Şərqdəki Amerika universitetlərini hücumlarla hədələyir

29 Mart 2026, 13:443
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

SEPAH Tehran Elm və Texnologiya Universitetinə hücumdan sonra Yaxın Şərqdəki İsrail və Amerika universitetlərinə hücum edə biləcəyini bildirib.

Zefer.media xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.

SEPAH bəyənatda bildirib: “İran universitetlərinə hücumlara cavab olaraq iki universitetinə hücum edilənə qədər bölgədəki bütün universitetlər qanuni hədəf hesab olunur. Bölgədəki Amerika universitetlərinin bütün işçilərinə, müəllim heyətinə və tələbələrinə, eləcə də yaxınlıqda yaşayan hər kəsə təhlükəsizliyini təmin etmək üçün bu universitetlərdən 1 kilometr məsafə saxlamağı tövsiyə edirik. Əgər ABŞ hökuməti qisas tədbirlərində hədəf alınan iki universitetdən başqa, ölkənin regiondakı universitetlərinə bu mərhələdə zərər dəyməməsini təmin etmək istəyirsə, Tehran vaxtı ilə martın 30-da günorta saatlarına qədər universitetlərin bombalanmasını rəsmi olaraq pisləməlidir”.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600