Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında ABŞ ilə aparılan danışıqlarla bağlı yayılan bəzi iddiaları təkzib edib.
Zefer.media “Snn.ir”ə istinadən xəbər verir ki, Bəqayi bildirib:
“İranın zənginləşdirilmiş nüvə materiallarını çıxarması və ya ABŞ-nin 25 milyon dollarlıq təklif etməsi barədə yayılan xəbərlər “reallığa yaxın deyil”.
Bəqayi qeyd edib ki, danışıqlar prosesi davam edir və hələlik müvəqqəti xarakter daşımır. Onun sözlərinə görə, İran Pakistan vasitəsilə aparılan vasitəçilik çərçivəsində bir sıra təklif və düzəlişlər alıb və bu təkliflər qarşı tərəfə ötürülüb.
Sözçü vurğulayıb ki, İranın nüvə zənginləşdirmə hüququ NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) çərçivəsində tanınır və bu hüquq “müzakirə predmeti deyil”.
Zərintac Mayisqızı

















