Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya ilə bağlı tənqidlərə cavab verib.
Zefer.media xəbər verir ki, Bəqayi Konvensiya ilə bağlı bəzi şərhlərin sənəddə və danışıqlar tarixində heç bir əsası olmayan fərziyyələrə əsaslandığını iddia edib.
Onun sözlərinə görə, media, hüquqşünaslar və ölkə elitası sənədi müzakirə etməli, lakin bunu Konvensiyanın mətninə və danışıqların tarixinə əsaslanaraq etməlidirlər.
Sözçü qeyd edib ki, bunun müəyyənləşdirilməsi üçün əvvəlcə baza xətti məsələsi həll olunmalıdır və Konvensiyada bu barədə konkret müddəa yoxdur. Bəqayi bildirib ki, İranın Azərbaycan və Türkmənistanla baza xətti məsələsi üzrə ikitərəfli danışıqları davam edir.
Onun sözlərinə görə, Konvensiyanın parlamentə göndərilməsi ilə bağlı yekun qərar artıq qəbul edilməlidir və bəhs olunan məsələ İran parlamentinin səlahiyyətindədir.
Zərintac Mayisqızı

















