Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ukraynanın iyulun 25-də İranın yük gəmisinə hücumu ilə bağlı Kiyevdən kompensasiya tələb edib.
Zefer.media xəbər verir ki, onun sözlərinə görə, Ukrayna tərəfinin hadisənin qəsdən baş vermədiyi barədə açıqlaması İranı qane etmir.
“Biz mövqeyimizi çox qısa müddətdə və qətiyyətlə açıqladıq, eləcə də bəyanat yaydıq. Hələ də düşünürük ki, qarşı tərəfin bu addımın qəsdən olmadığı barədə iddiası bizi qane etmir. Onların dediklərini dinləmişik. Ancaq Ukraynanın yüksək vəzifəli rəsmilərinin belə bir hücumun baş verdiyini etiraf etməsini nəzərə alaraq, onlar mütləq bunun əvəzini ödəməlidirlər. Təbii ki, əgər onlar bunu kompensasiya etməsələr, özümüz kompensasiya edəcəyik”, – deyə, Bəqayi vurğulayıb.
Zərintac Mayisqızı

















