Tehran diplomatik prosesi ciddi şəkildə davam etdirir, ancaq qarşı tərəfin təhdidləri və ziddiyyətli davranışları İranı geri addım atmağa məcbur etməyəcək.
Zefer.media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərlə birlikdə keçirilən brifinqdə bildirib.
O, İranın istənilən ssenariyə hazır olduğunu vurğulayaraq deyib ki, hər hansı hücum və ya eskalasiya halında Tehran sərt cavab verəcək.
Bəqayi, habelə, əlavə edib ki, İran silahlı qüvvələrinin düşmən üçün “yeni sürprizləri” olacaq.
Zərintac Mayisqızı

















