Tehranın region ölkələrinin heç biri ilə düşmənçiliyi yoxdur.
Zefer.media xəbər verir ki, bunu bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərlə birgə brifinqində bildirib.
Onun sözlərinə görə, İran qonşu dövlətlərlə ortaq maraqları və tarixi əlaqələri yüksək dəyərləndirib. Bəqayi əlavə edib ki, Tehran region ölkələrinin beynəlxalq hüquq və mehriban qonşuluq prinsiplərinə uyğun olaraq öz ərazilərinin və hərbi obyektlərinin İrana qarşı hücumlar üçün istifadə edilməsinə imkan verməyəcəyini gözləyir.
Sözçü vurğulayıb ki, İranın atdığı addımlar “qanuni özünümüdafiə hüququ” çərçivəsində həyata keçirilir.
Bəqayinin sözlərinə görə, İrana qarşı hərbi hücumlar və təcavüzlər davam etdiyi müddətdə İran silahlı qüvvələri də cavab tədbirlərini davam etdirəcək.
Zərintac Mayisqızı

















