Dünya

İran XİN-i ABŞ aviadaşıyıcısının Taylanda göndərilməsini “Yaşıl mil” filmindən sitatla məsxərəyə qoyub

27 Avqust 2026, 22:164
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin “Abraham Lincoln” aviadaşıyıcısının 200 gündən çox davam edən missiyadan sonra Taylanda göndərilməsinə kinayəli münasibət bildirib. 

Bu barədə Zefer.media TASS-a istinadən xəbər verir.

Bəqai sosial şəbəkədə paylaşımında ABŞ-nin aviadaşıyıcını bölgəyə “güc nümayiş etdirmək” məqsədilə göndərdiyini qeyd edib. O, gəminin uzunmüddətli missiyadan sonra heyətin istirahəti üçün Taylanda yollanmasını “Məzuniyyət layihəsi” adlandırıb və “Mən yorulmuşam, boss” ifadəsini işlədib.

Diplomat bu ifadə ilə “Yaşıl mil” filmində Con Koffinin məşhur replikasına istinad edib.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600