Xarici xəbərlər

İran XİN başçısı ŞƏT iclasına qatılıb

24 İyul 2026, 10:571
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün toplantının keçirildiyi məkana gəlib.

Zefer.media xəbər verir ki, Əraqçını rəsmi qarşılanma mərasimində Qırğızıstanın xarici işlər naziri qarşılayıb.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Əraqçının iclas zamanı regional və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı çıxış edəcəyi, habelə, ŞƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600