Dünya

İran XİN: “ABŞ-yə yardım edən ölkələr qanuni hədəf olacaq”

13 İyul 2026, 12:071
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran Xarici İşlər Nazirliyi ABŞ-nin son hücumlarından sonra yaydığı bəyanatda Körfəz ölkələrini Vaşinqtona hərbi dəstək verməməyə çağırıb və belə əməkdaşlığın nəticələri barədə xəbərdarlıq edib.

Zefer.media xəbər verir ki, bəyanatda bildirilib:

“ABŞ müharibənin dayandırılması ilə bağlı imzalanmış anlaşmanın müddəalarını pozaraq İranın nəqliyyat infrastrukturu, balıqçı qayıqları, yük gəmiləri, meteoroloji obyektləri və digər mülki infrastruktura zərbələr endirib”.

İran XİN vurğulayıb ki, beynəlxalq hüquqa əsasən qonşu dövlətlər öz ərazilərinin və hərbi obyektlərinin İrana qarşı hücumlar üçün istifadə edilməsinin qarşısını almalıdır.

“Əgər hər hansı Körfəz ölkəsinin ərazisi və ya infrastrukturu İrana qarşı hərbi əməliyyatlarda istifadə olunarsa, həmin məntəqələr İran Silahlı Qüvvələrinin cavab zərbələri üçün ‘qanuni hədəf’ hesab ediləcək”, – deyə, ifadə olunub.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600