Dünya

İran XİN: “ABŞ ilə gərginliyin azaldılması üçün vasitəçilərdən təkliflər almışıq”

20 İyul 2026, 15:038
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ ilə gərginliyin azaldılması məqsədilə bir sıra vasitəçilər tərəfindən Tehrana müxtəlif təkliflər təqdim olunub.

Zefer.media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Onun sözlərinə görə, bu təkliflər İran tərəfinə çatdırılıb və qəbul edilib, lakin hazırda onların detalları açıqlanmayacaq.

“Vasitəçilər tərəfindən təkliflər irəli sürülüb, bizə məlumat verilib və onları almışıq. Lakin indi detallara girməyəcəyəm. Əsas məsələ ondan ibarətdir ki, diplomatik missiya bu günlərdə fəal şəkildə işləyir və bir sıra vasitəçilərdən bəzi ideyalar bizə çatdırılıb. Bəli, bunu təsdiqləyirik”, – deyə Bəqayi bildirib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600