Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə Tehranda keçirdiyi görüşdən sonra ABŞ-yə mesaj göndərib.
Zefer.media xəbər verir ki, Əraqçı “X” hesabında görüşün konstruktiv keçdiyini bildirərək yazıb:
“Diplomatiyanı yenidən düzgün məcraya qaytarmaq mümkündür. Bunun üçün ABŞ bir sadə həqiqəti anlamalıdır: təzyiq nəticə vermir. ABŞ etimad yaratmalı, hörmətlə danışmalı, bizim hüquqlarımızı tanımalı və götürdüyü öhdəliklərə əməl etməlidir”.
Zərintac Mayisqızı

















