Dünya

İran Türkiyəyə qarşı raket hücumlarını araşdırmağa hazırdır – Əraqçı

31 Mart 2026, 17:194
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Türkiyə və İran xarici işlər nazirləri Hakan Fidan və Abbas Əraqçı telefon danışığı zamanı bölgədəki son prosesləri müzakirə ediblər.

Zefer.media xəbər verir ki, Əraqçı İrandan Türkiyəyə doğru raket hücumları ilə bağlı xəbərləri “tamamilə əsassız” adlandırıb.

“İran Türkiyənin mehriban qonşuluq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqdir. Tehran Türkiyəyə doğru raket atışları ilə bağlı Ankara ilə birgə araşdırma aparmağa hazırdır”, – deyə, nazir vurğulayaraq, bu cür “bölgədə düşmən bayraq əməliyyatlarının” təkrarlanması ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Fidan Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin iştirak etdiyi son dördtərəfli sammitə toxunaraq, region ölkələrinin müharibənin dayandırılması və sülh və sabitliyin bərqərar olması üçün dəstəyini dilə gətirib.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600